Putin gələn həftə Çinə dördgünlük səfər edəcək
Çində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılır

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dördgünlük səfər edəcək.
Rusiya liderinin planları barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti Pavel Zarubin məlumat verib.
Qeyd olunur ki, Çində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılır. Bundan əlavə, Putin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirak etmək niyyətindədir.