XƏBƏRLƏR / Siyasət

Putin Pezeşkianla Cənubi Qafqazı müzakirə edib

YENİLƏNİB

Putin Pezeşkianla Cənubi Qafqazı müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:58

    "3+3" formatında danışıqlar Cənubi Qafqazda problemlərin həllində effektiv mexanizm olacaq.

    İran KİV-nin verdiyi məlumata görə, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

    "İran və Rusiyanın iştirakı ilə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran - red.) danışıqlar regionun problemlərinin həlli üçün daha effektiv və təsirli mexanizm olacaq", - o qeyd edib.

    ***

    15:15

    Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

    Bu barədə Kreml xəbər yayıb.

    V.Putin Ankoricdə keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib.

    Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş davam edən diplomatik səyləri dəstəklədiyini bildirib.

    İkitərəfli gündəliyin bir sıra cari məsələləri, o cümlədən enerji və nəqliyyat sektorları müzakirə edilib.

    İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqaz regionunda baş verən proseslərə də toxunulub.

    Vladimir Putin və Məsud Pezeşkian Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyib və Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.