XƏBƏRLƏR / Siyasət

Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib FOTO

Baş nazir: Ermənistan Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazırdır

Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırılmasına görə, təşəkkür edib.

    O, bu barədə Tbilisidə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib.

    O həmçinin, Baş nazir Əli Əsədova da təşəkkür edib.

    Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.

    “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - dövlət başçısı vurğulayıb.