Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir FOTO
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilir
10:23
Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə çıxış edən Azərbaycan Prezidenti respublikanın bu formatda tamhüquqlu üzvlüyə qəbul edilməsindən sonra inteqrasiyanın mühüm mərhələsini qeyd etdi.
Region ölkələri ilə ticarət dövriyyəsinin 50%-dən çox artdığı və Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yüz milyonlarla dollara çatdığı çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə vurğu edildi.
Görüş iştirakçıları Trans-Xəzər Orta Dəhlizinin nəqliyyat və logistika potensialının, Rəqəmsal İpək Yolu layihəsinin inkişafına və yaşıl enerji təşəbbüsləri də daxil olmaqla enerji təchizatının genişləndirilməsinə əsas diqqət yetirdilər.


***
10:10
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.

Sonra tədbirdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.
***
09:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib.


Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.


2 dəqiqə