Qazaxıstanda MDB ölkələrinin DİN Şurasının iclası keçirilib
Azərbaycanı tədbirdə Daxili İşlər Nazirinin müavini İsmət Əliyev təmsil edib
Qazaxıstanda MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib.
Azərbaycanı tədbirdə Daxili İşlər Nazirliyinin rəis müavini İsmət Əliyev təmsil edib.
İclasda idarələr arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə fəaliyyətin nəticələri və xüsusi əməliyyatlar müzakirə edilib.
Tədbir transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.