XƏBƏRLƏR / Müttəfiq

Kahramanmaraşda Azərbaycan Məhəlləsi iyunun 19-da açılacaq

Açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər

Kahramanmaraşda Azərbaycan Məhəlləsi iyunun 19-da açılacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində salınan Azərbaycan Məhəlləsinin açılışı olacaq.

    Bu barədə Türkiyə mətbuatı yazır.

    Açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər.

    Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb.

    320 hektar ərazini əhatə edən layihədə 1109 mənzil inşa edilib.

    Layihə çərçivəsində Heydər Əliyev İbtidai məktəbi də tikilib. TOKİ və Azərbaycan tərəfinin əməkdaşlığı ilə inşa edilən məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası, kitabxana, idman zalı və emalatxanalar da var.

    Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.