XƏBƏRLƏR / Müttəfiq

Türkiyə ilə müdafiə sənayesi üzrə əməkdaşlıq möhkəmlənir

Müdafiə Sənayesi Nazirliyi xəbər verir

Türkiyə ilə müdafiə sənayesi üzrə əməkdaşlıq möhkəmlənir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Nazirlikdən verilən xəbərə görə, görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.

    Hakan Karataş və Hidayət Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.