XƏBƏRLƏR / Müttəfiq

Ərdoğan Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndən yazıb

"Can Azərbaycanın dəstəyi ilə 49 min 56 iş və yaşayış yeri inşa olunub"

Ərdoğan Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndən yazıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan məhəlləsi" barədə paylaşım edib.

    Prezident "X" sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.

    Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub.

    Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.

    Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.