XƏBƏRLƏR / Müttəfiq

İlham Əliyev Türkiyə xalqını təbrik etdi

PKK terror qruplaşması özünü ləğv etmək və silahı yerə qoymaq qərarını elan edib

İlham Əliyev Türkiyə xalqını təbrik etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibəti ilə "X" sosial şəbəkəsində Prezident Ərdoğan və Türkiyə xalqını təbrik edib.

    Təbrikdə deyilir:

    "Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.

    Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.

    Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram".