XƏBƏRLƏR / Müttəfiq

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Qardaş ölkə Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyini vurğulayıb

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkələrdə paylaşım edib.

    Qardaş ölkənin müdafiə qurumunun paylaşımında Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyi vurğulanıb.

    “Qardaş ölkənin təhlükəsizliyi və əmin-amanlığı naminə fasiləsiz xidmət aparan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” kəlamı fonunda Türkiyə və Azərbaycan bir ürək, bir yumruq olaraq qalacaq”, – deyə paylaşımda qeyd olunub.