XƏBƏRLƏR / Müttəfiq

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşılıb

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

    Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşılıb.

    "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

    Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq", - paylaşımda qeyd olunub.