Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edib YENİLƏNİB
Ankarada Özbəkistan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçiriləcək
16:42
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edib.
"TRT Haber"ə görə, Özbəkistan Prezidentini R.T.Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Esenboğa Hava Limanında qarşılayıblar.


Qeyd edilib ki, hər iki lider Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək. İclasda ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar ətraflı şəkildə müzakirə olunacaq.
Liderlərin təkbətək və nümayəndə heyətləri ilə görüşlərdən sonra mətbuat konfransı keçirəcəkləri gözlənilir.
***
10:29
Yanvarın 29-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək. İki dövlət başçısının sədrliyi ilə Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası Ankarada keçiriləcək.
Diqqət mərkəzində Özbəkistan-Türkiyə münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində daha da genişləndirilməsinə yönəldiləcək.
Siyasi dialoqun inkişafına, ticarət dövriyyəsinin artırılmasına, prioritet iqtisadi sektorlarda əməkdaşlıq layihələrinin təşviqinə və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Fəal mədəni və humanitar mübadilələrin davam etdirilməsi də müzakirə olunacaq. Beynəlxalq və regional gündəliyin cari aspektləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Yüksək səviyyəli danışıqlardan sonra əhəmiyyətli sənədlər paketinin imzalanması planlaşdırılır.
Bundan əlavə, iki ölkə liderləri bir sıra humanitar tədbirlərdə iştirak edəcəklər.
1 dəqiqə