XƏBƏRLƏR / Müttəfiq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıya gəlir

YENİLƏNİB

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıya gəlir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:48

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşündə iştirak edəcək.

    Özbəkistan Ali Məclisinin Senatının verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Xivədə KİV üçün brifinqdə bildirib.

    Onun sözlərinə görə, müntəzəm qarşılıqlı səfərlər və hər iki ölkə prezidentləri arasındakı etimada əsaslanan münasibətlər əməkdaşlığın aktivləşdirilməsi və dərinləşdirilməsində əsas amillərdir.

    "Qeyd edim ki, son 3 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana 2-si dövlət səfəri olmaqla 5 səfər həyata keçirib. Eyni dövrdə Özbəkistan lideri Şavkat Mirziyoyev Azərbaycana 1-i dövlət səfəri olmaqla 5 səfər həyata keçirib", - o əlavə edib

    ***

    19:38


    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində ölkəmizə dövlət səfəri edəcək, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək.

    Bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti xəbər verir.

    ***

    13:49

    Azərbaycanda Özbəkistan səfirliyinin yeni binasının açılışı olacaq.

    Bu barədə APA məlumat yayıb.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya səfəri çərçivəsində səfirlik üçün inşa edilən yeni binanın açılışında iştirak edəcək.