Ərdoğan Əraqçini qəbul edib
Türkiyə liderinin İran XİN rəhbəri ilə görüşü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası çərçivəsində baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.
Türkiyə mediası xəbər verir ki, Türkiyə liderinin İran XİN rəhbəri ilə görüşü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası çərçivəsində baş tutub.
Ərdoğan Əraqçi ilə İran-İsrail münaqişəsini və digər məsələləri müzakirə edib.