XƏBƏRLƏR / Siyasət

Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər

Bu barədə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb

Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriya və İsrail rəsmiləri Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər.

    Bu barədə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

    Məlumata görə, görüş iyulun 12-də baş tutub. "Əş-Şaraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüş keçirilib", - adı açıqlanmayan mənbə agentliyə bildirib.