Avropa İttifaqı nəyə görəsə minaları Ermənistanda axtarır
2020-ci ilin noyabrından Azərbaycan ərazisində 427 nəfər erməni minasının qurbanı olub
Avropa İttifaqı Ermənistana məsafədən idarə olunan minatəmizləmə maşını hədiyyə edib.
Bu nəqliyyat vasitələri həmçinin Ermənistan və Azərbaycan arasında demarkasiya prosesində də istifadə olunacaq.

Bu arada Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzinin işi ilə tanış olmaq üçün Tavuş bölgəsinə səfər edib.
Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycan ərazisində baş verib və ölkə ərazisi erməni işğalçıları tərəfindən 1 milyon mina ilə çirkləndirilib. Azərbaycanda 2020-ci il noyabrın 10-dan etibarən mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73-ü həlak olub, 354-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1 dəqiqədən az