XƏBƏRLƏR / Siyasət

İƏT (ECO) Xankəndi sammiti yekunlaşdı

İlham Əliyev iştirakçılara dərin minnətdarlığını bildirib

İƏT (ECO) Xankəndi sammiti yekunlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşü başa çatıb.

    Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev deyib:

    - Əziz dostlar.

    İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başa çatır.

    Bu Zirvə görüşündə iştirakınıza, fikir və təkliflərinizə görə hər birinizə təşəkkürümü bildirirəm.

    Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsinə çevrildi.

    Əminəm ki, səsləndirilən fikirlər və təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək və ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq.

    Həm Zirvə görüşünün, həm də Biznes-Forumun, Gənclər Forumunun və Qadınlar Forumunun keçirilməsinə verdikləri dəstəyə görə ECO-nun Baş katibi cənab Əsəd Xana və katibliyə təşəkkür edirəm.

    Son olaraq, ECO Həftəsinə töhfə vermiş forumların iştirakçılarına və məruzəçilərə təşəkkürümü bildirirəm.

    Beləliklə, Zirvə görüşü bağlı elan olunur. Bir daha hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun.