Ərdoğan Eli Kohenlə İranı da müzakirrə edib
Bundan əvvəl İsrail xarici işlər naziri və Çavuşoğlu arasında ikilikdə görüş baş tutmuşdu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan İsrail XİN başçısı Eli Kohenlə görüşüb. Görüşdə prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Xarici işlər naziri Eli Kohen Türkiyə Prezidenti Ərdoğanla görüşdə İsrail vətəndaşları və Qəzzada HƏMAS-ın əlində olan əsgər meyitləri, İranın nüvə proqramı ilə mübarizə məsələsini gündəmə gətirib.
Qeyd edək ki, bundan əvvəl Kohen və Çavuşoğlu arasında ikilikdə də görüş baş tutmuşdu.