XƏBƏRLƏR / Siyasət

Miller ABŞ-ın Azərbaycan siyasətinə aydınlıq gətirə bilmədi

Dövlət Departamentinin sözçüsü Bakının Vaşinqton danışıqlarından imtina etməsi barədə danışıb

Miller ABŞ-ın Azərbaycan siyasətinə aydınlıq gətirə bilmədi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ cümə axşamı bildirib ki, Bakının noyabrın 20-də Vaşinqtonda keçiriləcək nazirlər görüşündə iştirakdan imtina etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını “dəstəkləməyə davam edir”.

    TURAN-ın müxbiri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə belə sual verib:

    "Necə olur ki, ABŞ bir tərəfdən Azərbaycanla bütün yüksək səviyyəli təmaslarını ləğv edir, digər tərəfdən isə Qarabağla bağlı danışıqlar platformasını saxlayır?"

    Miller, çox güman ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dünənki dinləmələrə Azərbaycan Xarici İşlər Nazirliyinin cavabını hələ həzm etmədiyinə görə cavab verə bilməyib.

     Miller deyib: “Biz hər iki tərəfi istər burada, istərsə də başqa yerdə danışıqları davam etməyə təşviq edirik və bu, bizim siyasətimiz olaraq qalacaq”.

    Azərbaycanın Xarici İşlər Nazirliyi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bu həftə keçirilən dinləmələrində dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Azərbaycana qarşı "qərəzli ifadələr" səsləndirməsinə kəskin cavab verib.

    “Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində 2023-cü il noyabrın 20-də Vaşinqtonda təklif olunan görüşün keçirilməsini mümkün hesab etmirik”, - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. ABŞ ev sahibi ölkə olaraq gələn həftə keçiriləcək nazirlər görüşünü rəsmən açıqlamayıb. Vaşinqtonun danışıqların növbəti mərhələsini Azərbaycanın iştirakı olmadan keçirib-keçirməyəcəyi bəlli deyil.