XƏBƏRLƏR / Siyasət

Sahibə Qafarova Almaniya Bundestaqının sədri ilə görüşüb

Berber Bas Milli Məclisin sədri ilə söhbətdə ikitərəfli əlaqələrin daha da genişlənməsinə müsbət təsir edəcəyini deyib

Sahibə Qafarova Almaniya Bundestaqının sədri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Bundestaqının sədri Berbel Bas ilə görüşüb.

    Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bundestaqın sədri Sahibə Qafarovanın Almaniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib. Qafarova öz növbəsində Azərbaycanın Almaniya ilə əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

    Milli Məclisin Sədri Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, bərpa olunan enerji mənbələri ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.