ABŞ-nin yeni səfiri Azərbaycana gəldi
Bu barədə səfirliyin "X" hesabında bildirilib

ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib.
Bu barədə səfirliyin "X" hesabında bildirilib.
“Azərbaycana təyin olunmuş səfir Mark Libbi - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” – deyə səfirlik bəyan edib.
Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ Senatı Mark Libbini Azərbaycanda səfir vəzifəsinə təsdiqləyib. ABŞ-nin Azərbaycandakı əvvəlki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda bitmişdi.