XƏBƏRLƏR / Siyasət

Şolts Ərdoğanın təklifinə reaksiya verdi

"Əlaqəsi yoxdur"

Şolts Ərdoğanın təklifinə reaksiya verdi
Olaf Şolts
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə İsveçin NATO-ya üzvlüyü arasında heç bir əlaqə yoxdur".

    Türkiyə mətbuatı xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifinə münasibət bildirərkən deyib.

    Qeyd edək ki, bundan əvvəl Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzv olmasına yaşıl işıq yandırması üçün ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı qapıların açılmalı olduğunu vurğulamışdı.

    NATO baş katibi Yens Stoltenberq Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiklərini bəyan etmişdi.