XƏBƏRLƏR / Siyasət

Hacıyev: Erməni diasporu sülh gündəliyini pozmağa çalışır

Bu barədə Prezidentin köməkçisi CAMCA 2026 Regional Forumundakı çıxışında deyib

Hacıyev: Erməni diasporu sülh gündəliyini pozmağa çalışır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • CAMCA 2026 Regional Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev erməni diasporunu sülh gündəliyini təhrik etməyi dayandırmağa çağırıb:

    "Biz bunu bilirik və sülh prosesinin iki ölkə arasında sülh gündəliyini potensial olaraq poza biləcək bir çox "spoiler"i var.

    Həmçinin görürük ki, erməni diasporu daxilindəki revanşist qüvvələr sağ-salamatdır və sülh gündəliyini pozmağa çalışırlar. Mən bu fürsətdən istifadə edərək bir daha onlara müraciət edirəm və xatırladıram: Qərb ölkəsində bir yerdə oturub belə bir mənfi və dağıdıcı gündəmi təbliğ etmək heç nəyə kömək etmir".

    "Azərbaycan sülhü yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyir," - Prezidentinin köməkçisi bildirib.

    Hikmət Hacıyev bildirib ki, hazırda regionda faktiki sülh və təhlükəsizlik mövcuddur və bunun qorunması Cənubi Qafqazın daha geniş regional proseslərin mənfi təsirlərindən qorunması baxımından əhəmiyyətlidir: “Yaxşı xəbər ondan ibarətdir ki, Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasaydı, yəqin ki, regionumuzda tamamilə fərqli vəziyyət və reallıqlarla üzləşə bilərdik”.

    Onun sözlərinə görə, Azərbaycan Ermənistanla uzun illər davam edən münaqişənin həllindən sonra sülhün əldə olunmasını və onun praktik müstəvidə möhkəmləndirilməsini prioritet hesab edir: “Biz həmişə deyirdik ki, müharibəni qazanmışıq, amma daha vacib məsələ sülhü də qazanmaq idi. Bu, həqiqətən də böyük səylər tələb edən bir prosesdir. Bunun üçün strateji düşüncə, səbir və Prezident İlham Əliyevin liderliyi lazım idi”.