Fransada müxalifət Makrondan istefa verməsini tələb edir
Makronun istefasını tələb edən 104 deputatın vəsatətinə dərhal baxmaq tələb olunub

Fransada müxalifət nümayəndələri Baş nazir Sebastian Lekornu istefa ərizəsi yazdıqdan sonra prezident Emmanuel Makrondan istefa verməsini tələb ediblər.
"Sebastian Lekornunun istefasından sonra biz Emmanuel Makronun istefasını tələb edən 104 deputatın vəsatətinə dərhal baxmağa çağırırıq", - "Tabe olmayan Fransa" solçu partiyasının qurucusu Jan-Lük Melenşon sosial mediada yazıb.
Eyni siyasi partiyanın parlament qrupunun rəhbəri Matilda Pano da öz növbəsində xatırladıb ki, ölkədə bir ildən az müddətdə üç baş nazir görüb. "Geri sayma başladı. Makron getməlidir" deyib.
Bu fraksiyadan olan digər parlamentarilər də oxşar çağırışlar edib.