Azərbaycan və Ermənistan sülh üçün mühüm şans əldə ediblər
Bunu Ərdoğan Nyu-Yorkda ABŞ-ın bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə bildirib
Azərbaycan və Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün mühüm şans əldə ediblər, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Nyu-Yorkda Türk Evində ABŞ-ın bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi fikir ayrılıqlarının aradan qaldırılmasına, sülhə və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdir.
“Biz dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə beynəlxalq hüquq normalarına hörməti sarsılmaz hesab edirik. Müasir dünyanın bu prinsiplərə hər zamankindən daha çox ehtiyacı var”, - deyə o vurğulayıb.
Türkiyə prezidenti qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün çoxqütblü dünya nizamını gücləndirmək lazımdır.
“İkinci Dünya Müharibəsindən sonrakı dövrdə yaranan ikiqütblü dünya, eləcə də birqütblü dünya tarixdə qaldı”
“BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları dünyadakı proseslərin gedişini müəyyən edə bilməz. Dünya beş gücdən çoxdur və mən bunu BMT Təhlükəsizlik Şurasının tribunasından bir daha bəyan edəcəyəm”.
- Türkiyə lideri bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Nyu-York şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.