XƏBƏRLƏR / Siyasət

Paşinyan Bişkekdə keçiriləcək MDB sammitinə gəlməyəcək

Bu barədə Qırğızıstanın Prezidenti Sadır Japarovun ofisindən məlumat verilib

Paşinyan Bişkekdə keçiriləcək MDB sammitinə gəlməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında MDB-nin Bişkek sammitində iştirak edə bilməyəcəyini bildirib.

    Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

    MDB ölkələri dövlət başçılarının sammiti oktyabrın 13-də Bişkekdə keçiriləcək.