XƏBƏRLƏR / Siyasət

Türkiyənin sabiq xarici işlər naziri ATƏT rəhbərliyində FOTO

Bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib

Türkiyənin sabiq xarici işlər naziri ATƏT rəhbərliyində FOTO
Feridun Sinirlioğlu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub.

    Bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.

    "ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - baş katib, Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) – KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib”, - Y.Borq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.