XƏBƏRLƏR / Siyasət

Baxçalı:ŞKTC Parlamenti seçkinin nəticələrini rədd etməlidir

MHP sədri Şimalı Kiprdə keçirilən prezident seçkilərində Tufan Ərhürmanın qalib gəlməsinə sərt reaksiya verib

Baxçalı:ŞKTC Parlamenti seçkinin nəticələrini rədd etməlidir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Tufan Ərhürmanın qalib gəlməsinə sərt reaksiya göstərərək, “aşağı seçici fəallığı olan nəticələrin xalqın iradəsini əks etdirə bilməz” deyib.

    "Kıbrıs türklərinin taleyi bu qədər aşağı səviyyədə iştirakla təmsil oluna bilməz. Nəticələr Seçki Komissiyası tərəfindən açıqlansa belə, Şimali Kipr Parlamenti dərhal toplanmalı və seçkinin nəticələrini rədd etməlidir... Türkiyə Cümhuriyyətinə qoşulmağa qərar verməlidir", - Bahçeli bildirib.

    Xatırladaq ki, Şimali Kipr Türk Respublikasının Ali Seçki Komissiyası bu gün keçirilən prezident seçkilərinin qeyri-rəsmi nəticələrini açıqlayıb: Kiprin gələcək siyasi quruluşunun federal modelinin tərəfdarı, Cümhuriyyət Türk Partiyasının (RTP) lideri Tufan Erhürman qalib gəlib.

    Seçkilərdə ümumilikdə 141 615 seçici iştirak edib ki, bu da ümumi seçicilərin 64,87 faizini təşkil edir.