XƏBƏRLƏR / Siyasət

Cənubi Afrikada G20 Liderlər Zirvə Toplantısı açılıb

Tədbiri boykot edən ABŞ istisna olmaqla, bütün G20 ölkələri iştirak edir

Cənubi Afrikada G20 Liderlər Zirvə Toplantısı açılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın sədrliyi ilə keçirilən G20 Liderlər Zirvə Toplantısı Yohannesburqda açılıb.

    Sammitinin iştirakçıları "Ukraynadakı münaqişənin davamlı həlli"nin zəruriliyi barədə birgə bəyannamə qəbul ediblər.

    Tədbiri boykot edən ABŞ istisna olmaqla, bütün G20 ölkələri iştirak edir. Çin və Rusiya liderləri şəxsən iştirak etmirlər, lakin nümayəndə heyətləri göndəriblər.