XƏBƏRLƏR / Siyasət

ABŞ Dövlət katibinin müavini Azərbaycandan razı gedib

Allison Huker son həftə ərzində Ermənistan və Azərbaycana səfər edib

ABŞ Dövlət katibinin müavini Azərbaycandan razı gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoymaq şərəf idi.

    Bunu ABŞ Dövlət katibinin müavini Allison Huker Azərbaycana səfərinin yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    "Bakıya ilk səfərimdən sonra evə qayıdarkən Bayramov Ceyhun və Hikmət Hacıyevlə regionda sülh və rifah üçün POTUS vizyonu çərçivəsində necə irəliləyə biləcəyimiz barədə əla görüşlər keçirdim. ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının başlanğıcını qoymaq və ITU-nun Baş katibi Doreen Bogdan-Martinin şərəfinə WTDC25-də (2025-ci il Ümumdünya Telekommunikasiya İnkişaf Konfransı - ANS Press) ABŞ-da qəbul keçirmək şərəf idi".