"Ermənipərəst Demokrat Adam Şiff ABŞ üçün daxili düşməndir"
Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib
Demokrat Adam Şiff ABŞ üçün daxili təhlükədir.
Bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-ın iki düşməni var: xarici və daxili.
Bu “düşmən”lərdən biri Tramp senator olmağı planlaşdıran erməni lobbiçisi, Nümayəndələr Palatasının üzvü demokrat Adam Şiffin adını çəkib.
"Daxili düşmən, məncə, Çindən, Rusiyadan və digər ölkələrdən daha təhlükəlidir. Sənin səriştəli prezidentin varsa, o, xarici təhlükələrin öhdəsindən asanlıqla gələ bilər. Mən bacardım, hamı ilə yaxşı anlaşdım. Amma ən çətini Adam Şiff kimi içimizdə olan dəlilərlə məşğul oluruq”, - Tramp bildirib.
Tramp bu təhlükəni noyabrın 5-də keçiriləcək prezident seçkiləri kontekstində də vurğulayıb. Eks-prezident seçkilərin keçirilməsinə mane ola biləcək şəxslərə qarşı güc tətbiqinin mümkünlüyünü etiraf edib.