Əliyev-Paşinyan görüşü bu gün olacaq
Bu barədə "Sputnik Armenia" TASS-a istinadən xəbər verir
Avropa İttifaqı sabah Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Fransa, Almaniya liderləri və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə keçiriləcək "böyük görüş"ə hazırlaşır.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsinin Brüsseldə jurnalistlərə verdiyi məlumatda qeyd olunub.
Məlumata görə, dialoq Kişinyovda keçiriləcək Avropa Siyasi Sammiti çərçivəsində planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl beştərəfli danışıqların iyunun 1-də keçiriləcəyi bildirilirdi.
Qeyd edək ki, sabahkı görüş barədə Azərbaycan tərəfi hər hansı məlumat verməyib.