XƏBƏRLƏR / Siyasət

Paşinyan Rusiyaya yollanır

Bu barədə Ermənistan baş nazirinin ofisi xəbər yayıb

Paşinyan Rusiyaya yollanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiya Federasiyasına iki günlük işgüzar səfərə gedəcək.

    Baş nazir Rusiya Federasiyasının Altay Respublikasında təbiət və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda iştirak edəcək.

    Paşinyanın Rusiyaın Baş naziri Mixail Mişustinlə görüşü gözlənilir. Rusiya mənbələri xəbər verir ki, prezident Putin tədbirdə iştirak etməyəcək.