Rusiya Ermənistanın qazını kəsdi
"Qazprom Armeniya" bunu Gürcüstan ərazisində təcili bərpa işləri ilə əlaqələndirib

Gürcüstan ərazisində təcili bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.
"Qazprom Armeniya" məlumat yayıb ki, Gürcüstan ərazisində Şimali Qafqaz - Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Göstərilən müddətdə daxili ehtiyatlar və İrandan tədarük olunan əlavə həcmlər hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.