ABŞ İrəvanla Bakının sülh danışıqlarını davam etdirəcək
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib
ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını davam etdirməyə çalışır - Dövlət Departamenti.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Twitter-də bildirib ki, "ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının davam etdirilməsi və asanlaşdırılması üçün çalışır. Biz Nikol Paşinyanın bu irəliləyişlə bağlı mesajını çox yüksək qiymətləndiririk."
O qeyd edib ki, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi məsələsində əldə olunan irəliləyiş ABŞ-ı daha da ruhlandırır.