Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitinin tarixi açıqlanıb. "RİA Novosti" xəbər verir ki, bu barədə təşkilatın icra katibi Sergey Lebedev məlumat verib. Bildirilib ki, sammit 26-27 dekabr tarixlərində keçiriləcək.
Məlumata görə, dövlət başçıları Rusiyanın Sankt-Peterburq şəhərində toplaşacaqlar.