Humanitar tələbatlar siyasiləşdirilməməlidir
Bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında deyib
Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin həlli üçün sui-istifadə olunmamalıdır.
Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında belə deyib.
O qeyd edib ki, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək mümkündür: "Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”.
Diplomat bildirib ki, Albaniya mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayır.