Əliyev Dublində Yunanıstanın Baş naziri ilə görüşüb
Azərbaycan Prezidenti Kiriakos Mitsotakis ilə enerji məsələlərini müzakirə edib
Yunanıstan tərəfinin təşəbbüsü ilə Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüş keçirilib.
İştirakçılar Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər.
Xüsusi diqqət Azərbaycanın Avropa regionunda, xüsusən də Yunanıstanda enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi əhəmiyyətli töhfəyə yönəldilib. Tərəflər həmçinin Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyətini qeyd ediblər.
1 dəqiqədən az