İlin sonunadək Azərbaycanla Sülh Sazişi imzalamağa hazırıq
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında deyib
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib: "Biz ilin sonuna qədər Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalamağa hazırıq".
O qeyd edib ki, İrəvan ölkələrin suverenliyinə əsaslanan regional kommunikasiyaları açmağa və Azərbaycan yüklərinin və sərnişinlərinin Ermənistan ərazisindən təhlükəsiz keçməsini təmin etməyə hazırdır.