ABŞ İrəvanla Bakının birbaşa dialoqunu istəyir
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib
ABŞ Dövlət Departamenti ümid edir ki, İrəvan və Bakı arasında birbaşa dialoq bərpa olunacaq və bu, fikir ayrılıqlarına səbəb olan məsələlərin həllinə gətirib çıxaracaq. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. "Ümid edirik ki, dialoq vasitəsilə davamlı sülhə nail olmaq mümkün olacaq. Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələri davam etdiririk", - Prays əlavə edib. O qeyd edib ki, Amerika tərəfi bölgədəki vəziyyəti yaxşı bilir və müxtəlif narahatlıqları var, o cümlədən Laçın dəhlizi ilə bağlı problemdən xəbərdardır.