XƏBƏRLƏR / Siyasət

Tramp Meksika, Kanada və Çinə rüsumlar tədbiq etdi YENİLƏNİB

Meksika, Kanada və Çin cavab tədbirləri görüb

Tramp Meksika, Kanada və Çinə rüsumlar tədbiq etdi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb.

    Amerika liderinin Meksika, Kanada və Çinə qarşı yeni tariflər elan etdiyi vurğulanır. O cümlədən, Meksika və Kanadadan gələn mallar üçün 25 faiz, Çindən gələn mallar üçün isə 10 faiz rüsum olacaq. Telekanal qeyd edir ki, Vaşinqtonun qərarı faktiki olaraq ölkələr arasında bir neçə ildir mövcud olan rüsumsuz ticarəti ləğv edib.

    Eyni zamanda Tramp belə tədbirlərin amerikalı istehlakçılar üçün mənfi nəticələrə səbəb ola biləcəyini etiraf edib.

    Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çindən idxal olunan mallara yeni tariflər tətbiq etməsinə münasibət bildirib.

    "Ticarət və tarif müharibələrində qalib yoxdur", - Sinxua Çin Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirir.

    Çin ÜTT çərçivəsində ABŞ-dan şikayət etməyi planlaşdırır, həmçinin Trampın tariflərinə cavab hazırlayır.

    Kanada hökuməti 155 milyard Kanada dolları (106,5 milyard dollar) dəyərində Amerika mallarına cavab olaraq 25 faizlik tariflər tətbiq edəcək.

    Bu barədə şənbə günü ölkənin baş naziri Castin Trüdo bildirib.

    Meksika ABŞ-ın rüsumların tətbiqinə tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək, lakin dialoqa açıq qalır və Amerika lideri Donald Trampa vəziyyəti həll etmək üçün işçi qrupu yaratmağı təklif edir.