XƏBƏRLƏR / Siyasət

Hikmət Hacıyev Qətərdə görüşlər keçirir

Prezidentin köməkçisi bu barədə "X" səhifəsində yazıb

Hikmət Hacıyev Qətərdə görüşlər keçirir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:50

    Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd bin Əhməd əl-Misnəd ilə görüşüb.

    O, bu barədə "X" hesabında yazıb.

    “Bu gün Qətər əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Əhməd əl-Misnadla görüşdüm. İkitərəfli əlaqələri, eləcə də regional və beynəlxalq yenilikləri müzakirə etdik”, - deyə Hikmət Hacıyev qeyd edib.

    ***

    12:05

    Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində 
    Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnəd ilə görüşüb.

    Prezidentin köməkçisi bu barədə "X" səhifəsində yazıb.

    Tərəflər ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.

    Görüş zamanı tərəflər iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə edib və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəlib.