Pərviz Şahbazov ABŞ Administrasiyası ilə görüşlər keçirir
Azərbaycanın energetika naziri ABŞ-da səfərdədir

Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində Vaşinqtonda keçirdiyi görüşlər haqda yazır:
“Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə CQD-nin inkişafı, Avropaya qaz tədarükünün artırılması, Yaşıl Enerji ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik".
***
Daha sonra Şahbazov Vaşinqtonda ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə müasir çağırışlara uyğun ikitərəfli enerji əməkdaşlığı gündəliyi müzakirə edib. Azərbaycan -ABŞ enerji tərəfdaşlığı Yaşıl Enerji dəhlizlərinin inkişafı müstəvisində dəyərləndirilib.
***
Nazir o cümlədən ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüsdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ABŞ-nin dəstəyi üzrə əməkdaşlıq etmək barədə razılığa gəlib. Ənənəvi enerji tərəfdaşlığını yeni mərhələdə inkişaf etdirmək üçün imkanları nəzərdən keçirib.