Ermənistan və Azərbaycan arasında müsbət irəliləyiş var
Bunu ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonen bəyan edib
ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonen Vyanada keçirilən 32-ci ATƏT Nazirlər Şurasının açılışında çıxış edərək bildirib: "Cənubi Qafqaz regionunda bu gün Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət irəliləyişlərin şahidi oluruq".
"Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişlərin şahidi oldum", - deyə o bildirib.
Onun sözlərinə görə, avqust ayında Qarabağ münaqişəsinin həlli üçün Minsk prosesinin bütün strukturlarının bağlanması ilə bağlı "konsensusa" (Vaşinqtonda keçirilən görüşdə) nail olmuşuq ki, bu da sülh prosesini dəstəkləyən və ATƏT büdcəsinin qəbul edilməsinə ciddi maneəni aradan qaldıran mühüm addım olub.
1 sentyabr 2025-ci ildə ATƏT-in Daimi Şurası ATƏT-in Minsk prosesinə və onunla əlaqəli strukturlara xitam vermək barədə qərar qəbul edib.
1 dəqiqə