ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədinə gəlib FOTO
Bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb

ABŞ-ın Ermənistandakı səfiri Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub.
Bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb.
"ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib", - məlumatda qeyd olunub.