"Azərbaycan Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaşdır"
Bunu Aİ Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue Hikmət Hacıyevlə görüşdə deyib

Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Simon Mordue X platformasındakı paylaşmında qeyd edib.
O, görüş zamanı Aİ-Azərbaycan əlaqələrinin müzakirə edildiyini qeyd edib.
“Azərbaycanın Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaş olduğunu vurğuladım. Aİ dinc və firavan Cənubi Qafqaz naminə Ermənistan-Azərbaycan normallaşma prosesini dəstəkləməyə davam edəcək”, - paylaşımda bildirilib.