XƏBƏRLƏR / Siyasət

TDT-nin Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirləri görüşür

Bakıda keçirilən görüşdə bəyannamə imzalanacaq FOTO

TDT-nin Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirləri görüşür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türk Dövlətləri Təşkilatının (TDT) Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin ilk görüşü Bakıda keçirilir.

    Görüşdə Azərbaycanın Əmək və Sosial Müdafiə naziri Anar Əliyev, TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev, Türkiyənin Əmək və Sosial Müdafiə naziri Vedat İşıxan, Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov, Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması nazirinin müavini Sirojiddin Bobokulov, Qazaxıstanın Əmək və Sosial Müdafiə nazirinin müavini Viktoriya Şeqay, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə naziri Oğuzhan Hasipoğlu, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin Məşğulluq Siyasəti üzrə dövlət katibi Şandor Çsomba və Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Taçjanova iştirak edirlər.

    TDT Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin ilk görüşünün sonunda bəyannamə imzalanacaq.