ŞKTC Prezidenti Azərbaycana səfərə gəlib
Qəbələ Beynəlxalq Hava Limanında Ersin Tatarı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev qarşılayıb

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da ölkəmizə səfərə gəlib.
Qəbələ Beynəlxalq Hava Limanında Şimali Kipr Prezidentini Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.