XƏBƏRLƏR / Siyasət

ABŞ Prezidentinin xüsusi elçiləri Rusiyaya səfər ediblər

Stiv Uitkoff və Cared Kuşneri Vnukovo hava limanında Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb

ABŞ Prezidentinin xüsusi elçiləri Rusiyaya səfər ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər.

    Vnukovo hava limanında onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

    ABŞ nümayəndələrinin bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb.

    Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar dünən Əbu-Dabidə başa çatıb. Uitkoff və Kuşner bu gün BƏƏ-dəki görüşün nəticələrini Putinlə müzakirə edəcəklər.