XƏBƏRLƏR / Siyasət

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü olacaq

Bu barədə rəsmi UzA Milli İnformasiya Agentliyinə Özbəkistan Prezidentinin administrasiyasından bildirilib.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Noyabrın 15-16-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü keçiriləcək. Bu barədə rəsmi UzA Milli İnformasiya Agentliyinə Özbəkistan Prezidentinin administrasiyasından bildirilib.

    Məlumatda qeyd olunub ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze iştirak edəcəklər.

    Tədbirin gündəliyinə Mərkəzi Asiyada regional əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin prioritet sahələrdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi məsələləri daxildir. Dövlət başçıları mövcud regional və beynəlxalq siyasət məsələləri ilə bağlı fikir mübadiləsi də aparacaqlar.

    Məşvərət Görüşündən sonra çoxşaxəli sənədlərin əhəmiyyətli bir paketinin qəbul edilməsi gözlənilir.

    Regionun dövlət başçılarının müntəzəm məsləhət görüşlərinin keçirilməsi təşəbbüsü Özbəkistan lideri tərəfindən 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli sürülüb.

    Özbəkistanın hazırkı sədrliyi dövründə bu formatda əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-dən çox böyük tədbir keçirilib